Peskov Putin-Paşinyan görüşündən danışıb
Siyasət15:1007 aprel, 2021

"Biz MDB, Avrasiya və KTMT çərçivəsində sıx əməkdaşlıq edirik"

title
Bizi-da oxuyun

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli məsələləri və Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.

Qazet.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Danışıqların mövzusuna gəldikdə, əlbəttə ki, bu, ikitərəfli gündəlikdir. Hökumətlərarası komissiya fəal işləyir. Biz MDB, Avrasiya və KTMT çərçivəsində sıx əməkdaşlıq edirik".

Peskovun sözlərinə görə, Qarabağla bağlı üçtərəfli bəyanat, dinc həyatın qurulması, nəqliyyat infrastrukturunun blokadadan çıxarılması məsələləri də müzakirə olunacaq.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0