Bakı 3˚C Mostly cloudy

"Petekkaya Azərbaycan musiqisinə söz yazmağımı istədi" - Sinan Akçıl

Maraqlı 17:17 01 fev, 2022

Səhər mənə zəng etdi  ki, həyat yoldaşımla  bir mahnını çox bəyənmişik

"Petekkaya Azərbaycan musiqisinə söz yazmağımı istədi" - <span style="color:red">Sinan Akçıl</span>

Türkiyəli müğənni Sinan Akçıl "Uykusuzlar kulübü" verilişində qonaq olub.

Qazet.az xəbər verir ki, Akçıl aktyor Erkan Petekkaya barədə etdiyi açıqlama ilə gündəmə gəlib:

"Səhər 05:00-da məni yığdı ki, həyat yoldaşımla bu yay bir mahnını çox sevmişik. Azərbaycan mahnısına söz yazmağımı istədi. Geri çevirmək istəmədiyim biridir. Mahnını da çox bəyəndim. Uzun illər teatrda çalışıb, musiqi duyumu çox yaxşıdır. Bir vaxtlar qonşu idik. Həyətə gəlib, "Sinan" deyə, qışqırırdı. İşıqları söndürürdüm, evdə yoxam kimi davrandım. Çünki görüşsək iki gün danışacağıq. Amma iki əli qanda da olsa, çağırsan gələcək. Çox dəliqanlıdır".

Qeyd edək ki, Petekkaya hazırda "Kırmızı oda" serialında rol alır.