Bakı 9˚C Windy

Peyvənd olunanların sayı açıqlandı

Cəmiyyət 19:15 16 yan, 2022

Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə 23 587 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2387, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 714 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 757 277 təşkil edir.