Bakı 13˚C Cloudy

Peyvənd olunanların sayı açıqlandı

Cəmiyyət 18:40 17 iyn, 2022

Buster doza vaksinlərin sayı 145 olub

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 2117 nəfər vaksinasiya olunub.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 327, ikinci doza 303 vaksin vurulub.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1338-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 145 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 750 600, birinci doza peyvəndlərin ümumi sayı 5 351 876, ikinci doza vaksinlərin sayı 4 851 827 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 299 020, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 877 olub.