Bakı 24˚C Mostly sunny

Pikassonun əsərləri 100 milyon dollara satıldı - Fotolar

Gündəm 07:12 25 okt, 2021

Hərrac Las-Veqas şəhərindəki bir hoteldə keçirilib.

Pikassonun əsərləri 100 milyon dollara satıldı - Fotolar

ABŞ-da təşkil olunan hərracda dahi ispan rəssam Pablo Pikassonun əsərləri satışa çıxarılıb.

“Qazet.az” xəbər verir ki, doqquz tablo və iki keramika əsərdən ümumilikdə 100 milyon dollardan çox gəlir əldə edilib.

Hərrac Las-Veqas şəhərindəki bir hoteldə keçirilib.

“Sotheby's”ın keçirdiyi hərracda ən yüksək qiymət “Qırmızı papaqlı qadın” əsərinə verilib. Rəssamın sevgilini Meriya-Tereza Valteri əbədiləşdirdiyi əsər 40 milyon dollara alıcı tapıb.

Pikassonun “Kişi və uşaq” adlı tablosu isə 21 milyon dollara satılıb.

Satılan əsərlərin Pikassonun 1917-1969-cu illər yaradıcılıq dönəminə aid olduğu bildirilir.

92 yaşında vəfat edən dahi rəssamın 13 mindən çox əsəri olduğu ehtimal edilir.