Bakı 9˚C Mostly cloudy w/ showers

Pirşağı sahillərində 10-a yaxın suiti cəsədi aşkarlandı

Gündəm 21:31 11 okt, 2021

Baş direktorun sözlərinə görə, suitilərin Xəzər dənizinin Azərbaycanda olma müddətləri mart-aprel aylarına təsadüf edir. Digər aylarda onlar şimal sahillərinə miqrasiya edirlər.

Pirşağı sahillərində 10-a yaxın suiti cəsədi aşkarlandı

Xəzər dənizinin Pirşağı sahillərində 10-a yaxın ölmüş suiti aşkarlanması payız miqrasiyası ilə bağlıdır.

Qazet.az xəbər verir ki, bu barədə AMEA-dan Azərtac-a Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov danışıb.

Baş direktorun sözlərinə görə, suitilərin Xəzər dənizinin Azərbaycanda olma müddətləri mart-aprel aylarına təsadüf edir. Digər aylarda onlar şimal sahillərinə miqrasiya edirlər.

“50 il ərzində suitilərin sahilə atılma dinamikasını tədqiq etmişik. Əvvəlki illərdə payız miqrasiyası zamanı sahilə atılan suiti cəsədlərinin sayı 2-3 min təşkil edirdi. Son zamanlar isə bu sayda xeyli azalma müşahidə olunur. Əraziyə baxış keçirildikdən və cəsədlər üzərində tədqiqatlar aparıldıqdan sonra kütləvi suiti ölümünün səbəbləri barədə daha dəqiq fikir söyləmək mümkündür”, - T.Eybatov qeyd edib.