Bakı 7˚C Showers

Poqba yaşıl meydanlardan uzaqda qalacaq

İdman 17:42 09 noy, 2021

28 yaşlı yarımmüdafiəçi Fransa yığmasının düşərgəsində ikən baldırından zədə alıb

Poqba yaşıl meydanlardan uzaqda qalacaq

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba 10 həftəyədək oyunlara çıxmayacaq.

Qazet.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Fransa yığmasının düşərgəsində ikən baldırından zədə alıb. Onun əvəzinə milliyə İtaliya "Roma"sından Jordan Veretu dəvət alıb.

Poqba Fransanın noyabrın 13-də evdə Qazaxıstan və noyabrın 16-da səfərdə Finlandiya ilə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarını buraxmalı olacaq. Təcrübəli oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 9 matça çıxıb və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, hazırda Fransa millisi D qrupunda 6 oyundan 12 xalla liderdir.

Mənbə