Bakı 13˚C Sunny

Portuqaliya Əfqanıstan qadınlardan ibarət futbol komandasına sığınacaq verir

Gündəm 17:45 23 sen, 2021

Bu barədə “India Times” qəzeti məlumat yayıb

Portuqaliya Əfqanıstan qadınlardan ibarət futbol komandasına sığınacaq verir

Portuqaliya 19 sentyabrda Lissabona gələn gənclərdən ibarət əfqanıstanlı qadın futbolçulara sığınacaq verib.

Qazet.az xəbər verir ki, bu barədə “India Times” qəzeti məlumat yayıb. 

"Xilasetmə missiyası Futbol Topları Əməliyyatı adlandırılıb. ABŞ -ın keçmiş ordu və kəşfiyyat rəsmiləri, ABŞ müttəfiqləri və humanitar qruplardan ibarət beynəlxalq koalisiya vasitəsilə Talibanla əlaqə saxlanılıb" - deyə məlumatda bildirilib.

Xatırladaq ki, 15 avqustda “Taliban” radikal qruplaşmasının silahlıları heç bir müqavimət görmədən Kabilə girib bir neçə saat ərzində ölkənin paytaxtı üzərində tam nəzarət ələ keçirib. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün vəzifəsindən getdiyini və daha sonra ölkədən getdiyini bildirib.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.