Bakı 18˚C Intermittent clouds

POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib

Gündəm 21:54 19 may, 2022

Qərarla nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılıb, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib

Azərbaycanda POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarla nağdsız ödənişlərin qəbulunda lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazların da POS-terminal kimi istifadəsi üçün hüquqi əsas yaradılıb, POS-terminalların qeydiyyatı ilə bağlı bir sıra proseslər sadələşdirilib.

Müvafiq dəyişiklik ucuz ödəniş üsullarından hesab edilən “mPOS” texnologiyasının tətbiqini təmin etməklə nağdsız ödənişlərin genişləndirilməsini, rəqəmsal ödənişlərin qəbulu üzrə alternativ həllərin artmasını, pərakəndə ticarət dövriyyəsinin daha da şəffaflaşdırılmasını, bank və sahibkarların xərclərinin azaldılması təmin ediləcək.