Bakı 7˚C Sunny

Premyer Liqa: "Zirə" bürünc medalı, "Qəbələ" avrokuboklara vəsiqəni təmin edə bilər

İdman 12:10 15 may, 2022

Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 35:7

Premyer Liqa: "Zirə" bürünc medalı, "Qəbələ" avrokuboklara vəsiqəni təmin edə bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

Qazet.az-ın məlumatına görə, bütün qarşılaşma saat 17:00-da başlayacaq.

Çempionluğu təmin edən "Qarabağ" "Səbail"in qonağı olacaq. "Köhlən atlar"ın 63, 15 xalla sonuncu - 8-ci sıradakı "dənizçilər"in 15 xalı var. Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəlib. Bunların 14-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 35:7.

UEFA Konfrans Liqasına vəsiqə şanslarını davam etdirən "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Meydan sahibləri 39 xalla 5-ci, "gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb. Çempionatdakı əvvəlki 14 matçın 6-da "Sabah", 6-da qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində "Sabah" minimal üstünlüyə malikdir - 18:17

Avrokuboklara digər iddialı komanda "Qəbələ" "Şamaxı"nın qonağı olacaq. "Qırmızı-qaralar" 41 xalla 4-cü, Şamaxı təmsilçisi 21 xalla 6-cı sıradadır. Tərəflər Premyer Liqada 54 dəfə qarşılaşıblar. Bunların 19-da meydan sahibləri, 16-da qonaqlar qalib gəlib. Topların nisbətində də "Şamaxı" üstündür - 72:57.

Nəhayət, "Zirə" gümüş medalları təmin edən "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar"ın 50 xalı var. 43 xala malik "qartallar" üçüncü yerdədir. Bu, komandalar arasında çempionatdakı 26-cı matç olacaq. Bunların 11-də "Zirə", 7-də "Neftçi" qələbə qazanıb. Topların nisbətində isə qonaqların üstünlüyü var 27:26.

"Qəbələ" bu tur xal itirsə, "Zirə" qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edəcək. "Sabah" "Sumqayıt"ın müqavimətini qıra bilməsə, "Qəbələ" Şamaxı səfərindən 3 xalla qayıtsa, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək.

Azərbaycan Premyer Liqası, XXVII tur

15 may (bazar)

17:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”.

17:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bank Respublika Arena”, (“CBC Sport”/canlı)

17:00. “Şamaxı” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Şamaxı şəhər stadionu, (pfl.az/canlı)

17:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu, (cbcsport.az/canlı)