Bakı 14˚C Sunny

Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə telefonla danışıb

Siyasət 19:07 27 noy, 2021

 Prezident İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub

Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə telefonla danışıb

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

Qazet.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.