Bakı 13˚C Cloudy

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

Gündəm 11:53 20 yan, 2022

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib.

Qazet.az xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.