Prezident təqaüdçüsü olan kapitan vəfat edib
Azərbaycan09:3008 noyabr, 2021

Məlumata görə, mərhum sabah dəfn olunacaq

Prezident təqaüdçüsü olan kapitan vəfat edib
Bizi-da oxuyun

Veteran dənizçi, kapitan, Prezident təqaüdçüsü Aslan Musayev 91 yaşında vəfat edib.

Bu barədə Qazet.az "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, mərhum sabah dəfn olunacaq.

ASCO rəhbərliyi və kollektivi həmkarlarının doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyir.

Xatırladaq ki, Aslan Musayev 1952-ci ildən 2009-cu ilədək fasiləsiz gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Fikriniz