Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 illik həbs istəyib - VİDEO
Azərbaycan13:5308 iyun, 2021

Məhkəmə prosesi iyunun 11-də davam edəcək

Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 illik həbs istəyib - VİDEO
Bizi-da oxuyun

Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Qazet.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılaraq vəkili və tərcüməçisinin yanında oturması ilə bağlı qərar verib.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Eulcekcian Viken Abrahamın vəkili vəsatətlə çıxış edərək müvəkkilinin istintaq dövründə verdiyi ifadədən imtina etdiyini əsas gətirərək cinayət işinin istintaqa qaytarılmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə şahid qismində tanınan, hazırda Livanda olan Maral Nazaryanın istintaqa verdiyi ifadə elan olunub.

M. Nazaryan ifadəsində bildirib ki, təqsirləndirilən şəxs pul müqabilində Qarabağda azərbaycanlılara qarşı döyüşüb.

"Eulcekcian Viken Abraham qardaşımın dostu idi. Ərimdən boşanandan sonra onunla münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekcian Viken Abrahamın yanına qayıtdım. Sentyabrda müharibə başlayan zaman Viken Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girdi. Biz birlikdə Şuşaya gəldik. 

Həmin vaxt o Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o məni saymadı və döyüşlərə getdi. Mənimlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və dedi ki, azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. 

Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdü. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar", - deyə M.Nazaryan bildirib.

Maral Nazaryanın ifadəsi video formatında proses iştirakçılarına təqdim edilib.

Təqsirləndirilən şəxs Maral Nazaryanın ifadəsində dedikləri ilə razılaşmayıb.

O bildirib ki, M. Nazaryanla 5 ilə yaxın qeyri-rəsmi münasibətdə ər-arvad kimi yaşayıb.

Prosesdə daha sonra Eulcekcian Viken Abrahamın telefonunda olan görüntülər təqdim edilib.

Görüntülərdə təqsirləndirilən şəxsin səngərdə olduğu və minaatanı tam hazır edərək döyüş vəziyyəti gətirdiyi görünür.

Təqsirləndirilən şəxs həmin görüntülərə münasibət bildirərək qeyd edib ki, onları şəkil və video xatirinə çəkdirib.

Prosesdə Eulcekcian Viken Abraham sosial şəbəkədə digər muzdlularla olan, paylaşdığı görüntülər də elan edilib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək təqsirləndirilən şəxsə 20 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

Məhkəmə prosesi iyunun 11-də davam edəcək.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax