Bakı 14˚C Sunny

Psakidən Rusiya açıqlaması

Gündəm 02:08 15 yan, 2022

Xatırladaq ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası baş tutub.

Psakidən Rusiya açıqlaması

ABŞ-ın Rusiya ilə təhlükəsizlik qarantiyası yönündə danışıqlarla bağlı növbəti addımlar barədə açıqlayacağı heç nə yoxdur.

Qazet.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Danışıqlarla bağlı növbəti addımlar barədə deyəcəyim nə isə yoxdur. Hamı öz paytaxtına qayıdıb və məsələ ilə bağlı müzakirə aparılır. Co Bayden sonrakı addımların Rusiya və Vladimir Putindən asılı olduğuna inanır”, - deyə Psaki bildirib.

Xatırladaq ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası baş tutub.