"PSJ" almanların seriyasına son qoydu, "Çelsi" rahat qələbə qazandı
İdman09:5208 aprel, 2021

UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki oyunu başa çatıb

title
Bizi-da oxuyun

UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki oyunu başa çatıb.

Qazet.az xəbər verir ki, hər iki qarşılaşmada qonaq komandalar qalib gəliblər.

Fransa PSJ-si Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə məğlub edib. Matça fəal başlayan Paris klubu 3-cü dəqiqədə Kilian Mbappenin vurduğu erkən qolla hesabı açıb. 28-ci dəqiqədə meydan sahibləri 2-ci topu qapılarında görüblər. Bu dəfə Markinyos fərqlənib. 37-ci dəqiqədə Erik Şupo-Motinq fərqi azaldıb və komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarının əvvəlində "Bavariya" tarazlığı bərpa edib. 51-ci dəqiqədə Tomas Müller rəqibi cəzalandırıb. Lakin 68-ci dəqiqədə dubl edən Mbappe PSJ-ni yenidən önə keçirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Çelsidən səfər qələbəsi, Bavariya evdə PSJ-yə uduzdu

Gecənin digər oyununda isə İngiltərənin "Çelsi" klubu pandemiya səbəbindən İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutan qarşılaşmada Portuqaliya "Portu"suna 2:0 hesabı ilə qalib gəlib. Qolları 32-ci dəqiqədə Meyson Maunt, 85-ci dəqiqədə isə Bencamin Çilvell vurublar.

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından "Liverpul" İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzub, "Mançester Siti" isə evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna qalib gəlib - 2:1.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0