Bakı 7˚C Sunny

PSJ portuqaliyalı baş məşqçi ilə danışıqlar aparır

İdman 19:45 14 may, 2022

 Paris təmsilçisinin idman direktoru Leonardo 48 yaşlı mütəxəssislə görüşüb

PSJ portuqaliyalı baş məşqçi ilə danışıqlar aparır

Portuqaliya "Portu"suna rəhbərlik edən Serjiu Konseysau Fransanın PSJ komandasının baş məşqçisi ola bilər.

Qazet.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo 48 yaşlı mütəxəssislə görüşüb.

Klub rəsmisi portuqaliyalı baş məşqçiyə onunla işləmək istədiklərini bildirib.

Konseysaunun "Portu" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. O, 10 milyon avro məbləğində təzminat ödəsə, müqaviləsini poza bilər. PSJ-nin hazırkı baş məşqçisi argentinalı Maurisio Poçettinodur.

Qeyd edək ki, Serjiu Konseysau 2017-ci ildən "Portu"da işləyir. Komanda onun rəhbərliyi altında 2017/2018, 2019/2020 və 2021/2022 mövsümündə Portuqaliya liqasının qalibi olub.