Bakı 15˚C Mostly sunny

PSJ Zinəddin Zidanla razılığa gələ bilmir

İdman 18:06 08 dek, 2021

Buna baxmayaraq, tərəflər arasındakı danışıqlar müsbət yöndə irəliləyir

PSJ Zinəddin Zidanla razılığa gələ bilmir

Fransa PSJ-si İspaniyanın "Real Madrid" komandasının sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqları davam etdirir.

Qazet.az "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin Paris təmsilçisinin sükanı arxasına keçməyə razı olub-olmayacağı hələlik bəlli deyil.

Buna baxmayaraq, tərəflər arasındakı danışıqlar müsbət yöndə irəliləyir.

Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir. PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.