Bakı 13˚C Cloudy

"Putin Avropanı şantaj edir" - Ukrayna XİN

Siyasət 17:56 22 okt, 2021

Ukrayna xarici işlər naziri Dmitro Kuleba Putini Avropa üçün təhdid hesab edib

"Putin Avropanı şantaj edir" - <span style="color:red">Ukrayna XİN</span>

Ukrayna Almaniyadan Rusiyanın Avropada qaz şantajı ilə bağlı cavab tədbirləri görməsini gözləyir.

Qazet.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyib.

“Putinin “Şimal axını-2” ilə bağlı dedikləri şantajdır. Bu, qazın beynəlxalq münasibətlərdə silah kimi istifadəsidir. ABŞ və Almaniyanın “Şimal axını-2” ilə bağlı ortaq bəyanatında göstərilir ki, əgər Rusiya qazdan beynəlxalq münasibətlərdə silah kimi istifadə edəcəksə, Almaniya cavab tədbirləri görməyə başlayacaq. Biz Almaniyadan bununla bağlı dəqiq mövqe gözləyirik”, – deyə o bildirib.

Mənbə