Bakı 21˚C Sunny

Putin, Əliyev və Paşinyan mətbuata bəyanatla çıxış etdilər

Siyasət 00:02 27 noy, 2021

Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiyanın Prezidenti Bəyanat imzalayıblar

Putin, Əliyev və Paşinyan mətbuata bəyanatla çıxış etdilər

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Qazet.az xəbər verir ki, bəyanatda deyilir:

"Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 (10) noyabr 2020-ci il tarixli Bəyanatın icrasını, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə etdik.

Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq 9 (10) noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Biz 9 (10) noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq".