Bakı 16˚C Sunny

Putin Paşinyanın adını “unutdu”- Soçidən maraqlı anlar

Siyasət 19:43 26 noy, 2021

Vladimir Putin İlham Əliyevlə görüşü zamanı Nikol Paşinyanın adını unudur

Putin Paşinyanın adını “unutdu”- <span style="color:red">Soçidən maraqlı anlar</span>

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələr zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın adını “unudub”. Bu barədə sosial şəbəkələrdə yayılan kadrlardan da görünür.

“Qarabağ nizamlanmasına gəldikdə isə, üç tərəfli formatda danışacağıq, bizə bir müddət sonra (sükut -  red.) ...Ermənistanın  baş naziri də qatılacaq”, - deyə Putin bildirir.

Kadrlar yayıldıqdan sonra bir çoxları Putinin Ermənistanın adını çəkmək istəmədiyini, digərləri isə Nikol Paşinyanın adını unutduğunu, buna görə də, sadəcə “Ermənistanın Baş naziri” sözü ilə kifayətləndiyini bildiriblər.