“708 nömrəli otaqdaydım, məni öldürməklə hədələdilər, qışqırdım, amma mənə kömək etmədilər”
Rusiya prezidenti Vladimir Putini “psix” adlandıran model Qretta Vedlerlə bağlı sensasion təfərrüatlar ortaya çıxıb.
Qazet.az bildirir ki, cəsədi yoxa çıxandan bir il sonra tapılan model öldürüləcəyindən xəbərdar imiş. Çəkdiyi son videoda o, bunları deyib:
“708 nömrəli otaqdaydım, məni öldürməklə hədələdilər, qışqırdım, amma mənə kömək etmədilər”.
Otel meneceri görüntülərdə anlaşılmaz bir şey dedikdən sonra Qretta ona sevgilisi Dmitri Korovinin gələcək qatilinin olacağını deyib: “Adını yadında saxla - Dmitri Korovin. Dmitri Korovin. Dmitri Korovin...".
Məlum olub ki, Qretta ölməzdən əvvəl həmin görüntüləri gizli şəkildə lentə alıb və adı açıqlanmayan dostuna göndərib.
Rusiya mətbuatına açıqlama verən həmin şəxs, "Korovinlə bir neçə dəfə görüşdüm. Ondan heç xoşum gəlmirdi. Birincisi, bu şəxsin gözlənilməz, prinsipsiz və təhlükəli olduğu tez bir zamanda aydın oldu. İkincisi, mən tam əminəm ki, o, Qrettanın nə etdiyini bilirdi, onun qazancından istifadə edirdi”, deyə söyləyib. Qrettanın dostlarının dediyinə görə, model tez-tez Korovinin ondan pul istəyəcəyindən və geri qaytarmayacağından şikayətlənib. İddialara görə, Dmitri gənc qadına yüz minlərlə funt-sterlinq borclu olub və ödəməkdən imtina edib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vedler 2021-ci ildə sosial media hesabından Rusiya lideri Vladimir Putini “psix” adlandırıb və bu çıxışı ilə uzun müddət gündəmi zəbt edib. 23 yaşlı model bu ifadədən təxminən bir ay sonra yoxa çıxıb, onun meyiti bir il sonra tapılıb. Məşhur modelin Moskvada otel otağında öldürüldüyü bəlli olub. Onun keçmiş sevgilisi Dmitri Korovin qətldən bir il sonra pul üstündə yaranan mübahisəyə görə Qrettanı boğaraq qətlə yetirdiyini etiraf edib.
İtaliyada buzlaq uçqunu: ölənlərin sayı 7-yə yüksəldi
Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb
İlan adasında Ukrayna bayrağı qaldırılıb
İngiltərədə məşhur futbolçu həbs olunub
Rəcəbov sonuncu görüşdə qələbə QAZANDI
Ukraynaya daha bir yardım Avstraliyadan gəldi
Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib
Fikriniz
- Rəy yazın
- Rəylər
- İtaliyada buzlaq uçqunu: ölənlərin sayı 7-yə yüksəldi
Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb.
Dünya07:07 05.07.2022 - Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Qeyd edilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələr iştirak edir, pilotsuz uçuş aparatlarından istifadə edilir.
Dünya05:23 05.07.2022 - Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Dünya04:23 05.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Maraqlı
Hamısına bax