Bakı 24˚C Sunny

Putinlə Ərdoğan arasında görüşdən öncə narazılıq yaşandı

Siyasət 17:32 22 sen, 2021

Görüş öncəsi Türkiyə və Rusiya arasında narazılıq yaranıb

Putinlə Ərdoğan arasında görüşdən öncə narazılıq yaşandı

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışı Kremldə narazılıq doğurub.

Qazet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Krımın Rusiya tərəfindən ilhaq olunmasını qəbul etmədiklərini söyləməsini təəssüflə qarşılayıb.

“Kreml Ərdoğanın Rusiyaya səfərə hazırlaşdığı məqamda Krımla bağlı dediklərindən təəssüflənir” -deyə Peskov söyləyib.

Xatırladaq ki, Ərdoğan sentyabrın 29-da Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.