Bakı 12˚C Partly sunny

 Putinlə razılaşdım və "İsgəndər" aldıq - Lukaşenko

Gündəm 02:45 20 may, 2022

Artıq bu silahların olduğu tamam fərqli bir orduya sahibik

 Putinlə razılaşdım və "İsgəndər" aldıq - Lukaşenko

Rusiyadan lazımi miqdarda S-400 sistemi və “İsgəndər” raketləri almışıq.

Qazet.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Putinlə razılaşdıq və lazımi miqdarda “İsgəndər”, S-400 satın aldıq. Ordumuzu təchiz etdik. Artıq bu silahların olduğu tamam fərqli bir orduya sahibik. Bu silahlar ciddi, müqayisəolunmaz zərər vermək qabiliyyətinə malikdir”, - deyə prezident bildirib.