Bakı 15˚C Mostly sunny

Qadın batan avtomobilinin üstündə selfi çəkdirdi - VİDEO

Maraqlı 13:48 20 yan, 2022

Xilasedicilər gələnə kimi sakinlər özləri qayığın köməyi ilə qadına yardım ediblər

Qadın batan avtomobilinin üstündə selfi çəkdirdi - VİDEO

Kanadalı qadın Ottava yaxınlığındakı Rideau çayında batan avtomobilinin üzərinə çıxaraq selfi çəkdirib.

Qazet.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, avtomobil donmuş çayda hərəkətdə olarkən buz qırılıb və batmağa başlayıb.

İnsanların narahat olduğu və ona kömək etməyə tələsdiyi bir vaxtda qadının bu hərəkəti birmənalı qarşılanmayıb.

Qeyd edək ki, xilasedicilər gələnə kimi sakinlər özləri qayığın köməyi ilə qadına yardım ediblər.