Bakı 13˚C Mostly sunny

Qadir İbrahimli ilə vida mərasimi burada keçiriləcək

Gündəm 14:15 20 may, 2022

Mərasim saat 13:00-da Jurnalistlər binasının həyətində olacaq

Qadir İbrahimli ilə vida mərasimi burada keçiriləcək

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək.

Qazet.az xəbər verir ki, mərasim saat 13:00-da Jurnalistlər binasının həyətində olacaq.

Mərasimdən sonra mərhumun cənazəsi dəfn olunması üçün Lənkəran aparılacaq.

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.