Bakı 15˚C Sunny

Qan təzyiqini ölçmək üçün tatu icad olundu

Cəmiyyət 19:20 27 iyn, 2022

Tatu çəkisiz və nəzərə çarpmayacaq şəkildə hazırlanıb

Qan təzyiqini ölçmək üçün tatu icad olundu

Texas Universitetinin alimləri qan təzyiqini ölçmək üçün mikroçipli tatu (e-tatu) hazırlayıblar.
 

Qazet.az xəbər verir ki, “Ağıllı” döymə qrafendən və üzərində mikrosensorlar, elektrodlar olan yapışqan maddədən hazırlanıb. Sonuncu dəriyə elektrik cərəyanının yüngül impulslarını göndərir və sensorlar orqanizmin onlara reaksiyasını qeydə alır.
Əldə edilən məlumatları oxumaq və təzyiq göstəricisinə çevirmək üçün alimlər xüsusi neyron şəbəkəsi yaradıblar.
Tatu çəkisiz və nəzərə çarpmayacaq şəkildə hazırlanıb. O, öz sahibini narahat etmir.
Elektron döymənin davamlı monitorinqi istənilən vəziyyətdə qan təzyiqini ölçməyə imkan verir: Stress zamanı, yatarkən, idman edərkən və s. O, bir neçə gün ərzində qısa fasilələrlə minlərlə ölçmə apara və insanın təzyiqinin ətraflı təsvirini verə bilər.
Mobil sağlamlıq monitorinqi son illərdə, ilk növbədə, ağıllı saatlar kimi texnologiya sayəsində böyük sıçrayışlar əldə etdi. Bu cihazlar dəri vasitəsilə parıldayan LED işıq mənbələri əsasında oxunuşlar əldə edən metal sensorlardan istifadə edir.
Texnologiyalanın nə vaxt dövriyyəyə buraxılacağı barədə məlumat verilmir.
 


Qaynaq