Bakı 7˚C Sunny

Qara çayın faydalı və ziyanlı xüsusiyyətləri

Maraqlı 07:13 22 okt, 2021

Qeyd etmək lazımdır ki, qara və yaşıl çay eyni tip bitkilərin yarpaqlarından hazırlanır. 

Çay dünyada ən populyar içkidir və qəhvənin əsas rəqibidir. Yaşıl və otlardan dəmlənmiş çayın faydasını çoxları bilir, amma qara çayın faydalı xüsusiyyətlərindən heç də hamının məlumatı yoxdur.

Qeyd etmək lazımdır ki, qara və yaşıl çay eyni tip bitkilərin yarpaqlarından hazırlanır. Qara çayın yaşıl çaydan əsas fərqi hazırlanma texnologiyasında və onun yarpaqlarının işlənməsindədir.

Qara çayın faydası:

-immumiteti möhkəmləndirir;

-qanda xolesterinin və şəkərin miqdarını azaldır;

-dişləri və damağı möhkəmləndirir;

-bağ ağrısından xilas edir və yorğunluğu aradan qaldırır;

-tərkibində C, B1, B2, K, P və PP vitaminləri var;

-toksinlərdən təmizləyir;

-mədə-bağırsaq yolunun fəaliyyətini normallaşdırır;

-böyrəklərin fəalyyətini stimullaşdırır;

-diqqəti yaxşılaşdırır və əsəb sistemini sakitləşdirir;

-hüceyrələrin qocalma prosesini ləngidir;

-əzələləri və sümükləri bərkidir;

-qəhvəyə və yaşıl çaya nisbətən, tərkibində kofein azdır;

-damarların və ürəyin bir çox xəstəliklərinin, o cümlədən insult, infarkt, ateroskleroz xəstəliklərinun inkişaf ehtimalını aşağı salır;

-bədxassəli şişlərin inkişafının qarşısını alır, hüceyrələrin xərçəng hüceyrələrinə çevrilmə riskini xeyli azaıdır;

-çəkini aşağı salır və dərinin vəziyyətini yaxşılaşdırır;

-susuzluğu aradan qaldırır.

Qara çayın ziyanı:

Qara çay faydalıdır, lakin bəzi hallarda o, ziyan gətirə bilər.

Gündə 3-4 fincan qara çay içmək təhlükəsizdir.

Qara çayın istifadəsinə əksgöstərişlər bunlardır:

-taxikardiya, yüksək qan təzyiqi;

-təzyiqlə bağlı göz xəstəlikləri, məsələn, qlaukoma. Məsələ bundadır ki, qara çay gözdibi təzyiqini yüksəldə bilər;

-həblərin, xüsusilə kofeinin qəbulu;

-acqarına içilmiş qara çay mədə-bağırsaq yolunda problemlər yarada bilər, xüsusilə spazm və bağısaq sancıları törədə bilər.