Bakı 13˚C Cloudy

"Qarabağ" Azərbaycanın xalını artırdı

İdman 09:18 10 avq, 2022

“Qarabağ”ın  "Ferentsvaroş"a qalib gəlməsi Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb

"Qarabağ" Azərbaycanın xalını artırdı

Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.

Qazet.az xəbər verir ki, “Qarabağ”ın Budapeştdə "Ferentsvaroş"a qalib gəlməsi (3:1) Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb.

Bu mövsüm üzrə xal sayını 1,875-ə, son 5 mövsümdə isə 14,500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, 15,375 xalla 28-ci sırada qərarlaşan Polşaya yaxınlaşıb.