Bakı 12˚C Sunny

"Qarabağ" Gürcüstan millisinin qapıçısı üçün 300 min avro təklif edib

Gündəm 20:36 07 yan, 2022

"Köhlən atlar"ın onunla 3 illik müqavilə imzalayacağı bildirilib.

"Qarabağ" Gürcüstan millisinin qapıçısı üçün 300 min avro təklif edib

"Qarabağ" Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilinin transferi üçün Polşa "Yagelloniya"sına 300 000 min avro təklif edib.

Qazet.az "sportowefakty.wp.pl" saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperin keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.

"Köhlən atlar"ın onunla 3 illik müqavilə imzalayacağı bildirilib.

Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə "Report"a açıqlamasında Quqeşaşvili ilə maraqlandıqlarını təsdiqləsə də, hələlik razılıq əldə olunmadağını bildirib: "Hazırda onunla yanaşı, daha bir neçə qapıçıya baxırıq".

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə üzrə "Yagelloniya"ya məxsusdur. Amma qolkiper bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.

report