"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, lazım olsa, adekvat cavab verəcəyik" - Balasanyan
Siyasət14:3422 mart, 2021

“Qarabağ məsələsi hələ həll olunmayıb, danışıqlar aparılmır”

title
Bizi-da oxuyun

Qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın “rəhbəri” Vitali Balasanyan təxribat xarakterli açıqlama verib.

Qazet.az-ın məlumatına görə, o, Qarabağ münaqişəsinin həll olunmadığını və DQMV-nin əvvəlki sərhədlərinin bərpa olunacağına inandığını bildirib:

"Hərbçilər üçün hazırda Ermənistandan Qarabağa çağırış yoxdur, ancaq ”Artsax" ordusu müqaviləli hərbi qulluqçulardan təşkil olunur. Ordunun kəmiyyət və keyfiyyət baxımından inkişafı davam etdiriləcək".

Qarabağ məsələsi hələ həll olunmayıb, danışıqlar aparılmır. Mən heç olmasa Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) əvvəlki sərhədlərinin bərpa olunacağına əminəm. Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, əksinə siyasi bir mövzu olacaq. Azərbaycan yenidən Qarabağa müdaxilə etməyə çalışsa, adekvat cavab verəcəyik", - Balasanyan qeyd edib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0