"Qarabağ" - "Kayrat" oyununun biletləri satışa çıxarılıb
Futbol11:3717 oktyabr, 2021

Qazaxıstan “Kayrat”ı ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Kayrat" oyununun biletləri satışa çıxarılıb
Bizi-da oxuyun

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan “Kayrat”ı ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Qazet.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq. 

Fikriniz