Bakı 16˚C Partly sunny

"Qarabağ" - "Lex": Bakıdakı matçda  hakimlər bəlli olub

İdman 16:02 27 iyn, 2022

Maçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək

"Qarabağ" - "Lex": Bakıdakı matçda  hakimlər bəlli olub

Bakıda "Qarabağ" və Polşa "Lex"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hakim təyinatları bəlli olub.

Qazet.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, maçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.