Bakı 15˚C Mostly sunny

“Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edildi

Gündəm 19:42 07 iyn, 2022

Qaliblər Azərbaycan Kinosu Günündə elan olunacaq

“Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edildi

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib.

Qazet.az xəbər verir ki, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu iyunun 1–dən 30-dək elektron qaydada [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 min, 8 min və 5 min manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları 2022-ci il avqustun 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.