Bakı 25˚C Sunny

“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

İdman 14:52 13 yan, 2022

Andrade komandada 15 nömrəli formada çıxış edəcək

“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

"Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

Qazet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Leandro Andrade ilə müqavilə imzalanıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın "Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade komandada 15 nömrəli formada çıxış edəcək.