Bakı 21˚C Mostly sunny

"Qarabağ" reytinqdə irəlilədi

İdman 13:15 11 avq, 2022

Ağdam klubu əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib

"Qarabağ" reytinqdə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının yeni reytinq siyahısını açıqlayıb.

Qazet.az qurumun saytına istinadən xəbər verir ki, 301 klubun yer aldığı siyahıda təkcə "Qarabağ" yer alıb. Ağdam klubu əvvəlki reytinqlə müqayisədə 11 pillə irəliləyib və 145,5 xalla 78-ci olub.

Ötən ay 234-cü olan “Neftçi” isə reytinqdə ciddi eniş yaşayaraq, bu dəfə 301 klubun yer aldığı siyahıya düşə bilməyib.

Sıralamaya 304 xalla "Palmeyras" (Braziliya) rəhbərlik edir. 291 xalı olan "Liverpul" 2-cidir. "Flamenqo" (Braziliya" eyni xalla 3-cü pillədə yer alıb.