Bakı 16˚C Partly sunny

“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə bir neçə mərkəz yaradılacaq

Cəmiyyət 17:55 26 iyn, 2022

Ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub

“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə bir neçə mərkəz yaradılacaq

“DOST” mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsi işləri çərçivəsində 2022-2023-cü illərdə Bərdə və Quba rayonlarında da “DOST” mərkəzləri açılacaq.

Qazet.az xəbər verir ki, bu dövrdə həmçinin 5 saylı Bakı “DOST” Mərkəzi istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri də yaradılacaq.

2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və həmin vaxtdan artıq 5 “DOST” mərkəzi açılıb.

Bu mərkəzlərdə sosial sahə üzrə 154 xidmət “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir.

Ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub.

Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu isə 98,5 faizdir.