Bakı 16˚C Mostly sunny

"Qarabağda bu addımın atılması mühümdür və mənim istəyimdir" - Pərviz Abbasov

Eksklüziv 18:46 17 okt, 2021

Azərbaycan xalqı 30 il ərzində həm üzüldü, həm də qələbə qazandı

"Qarabağda bu addımın atılması mühümdür və mənim istəyimdir" -<span style="color:red"> Pərviz Abbasov</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 24-cü gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın gənc heykəltəraşı Pərviz Abbasov İkinci Vətən müharibəsi və zəfər tariximizin əsərlərdə roluyla bağlı Qazet.az-a müsahibə verib

Pərviz Abbasov

–  Hər bir şəhərin öz heykəltaraşlıq obrazı var. Məsələn Nyu York “Azadlıq” heykəliylə, Tbilisi “Kiçik fiqurlar"la tanınır. Sizcə Qarabağda belə bir idea gərcəkləşdirmək mümkün olsaydı, necə fiqur və heykəllər yerləşdirərdiniz?
–  Qarabağ bizim üçün mühüm nöqtədir. Məhz buna görə də Birinci Qarabağ müharibəsində torpaqlarımızı itirməmək üçün canından keçən və İkinci Qarabağ müharibəsində isə torpaqlarımızı düşmən tapdağından azad edilməsi üçün canından keçən şəhidlərimizin abidələrinin ucadılmasını istərdim. Bu işdə isə yaxından iştirak etmək mənim üçün qürur olar. Azərbaycan xalqı 30 il ərzində həm üzüldü, həm də qələbə hissiylə dünyaya səs saldı. Kədərimizlə, qələbəmizin bir yerdə olduğu Qarabağda bu addımın atılması mühümdür və mənim istəyimdir.


–  Bu müharibəni sənət insanı kimi necə qavradınız?
–  44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı mütləq güc göstərdi. Hər kəs öz üzərinə düşəni icra etmək məsuliyyətini dərk etdi. Amma bu gün biz öz sənətimizlə nə qədər vəzifəmizi yerinə yetirsək də, döyüşdə iştirak etmiş və şəhid olmuş qəhrəmanlarımızın borcunu ödəyə bilmərik. Onların ağır bir müharibəyə getdiklərini bilərək bu addımı atması sadəcə qəhrəmanlıq sözüylə ifadə edilə bilməz. Şəhidlərimiz, qazilərimiz və döyüşdə böyük məharətlə iştirak edən igidlərimiz bilirdilər ki, hər bir müharibədə ağrı var və bunu bilə-bilə mərmiyə sinə gərdilər. Məhz ona görə də bu gün nə ediriksə edək heç bir zaman onlara olan borcumuz ödənilə bilməz.


–  Sizcə müharibədən sonra azərbaycan xalqı necə dəyişdi?
–  İlk olaraq qeyd etmək istərdim ki, 44 gün ərzində biz xalqımızın istənilən zaman birlik göstərə biləcəyini gördük. İnsanların arxa cəbhədə olmasına baxmayaraq yenə də nəsə etməyə cəhd etməsi həqiqətən də Azərbaycan xalqının qələbəyə layiq olan xalq olduğunu göstərdi. 44 günün hər bir saniyəsini və anını Azərbaycan xalqı dərin hisslərlə keçirib. 
Bu gün isə gördüyümüz odur ki, 44 gündən sonra da Azərbaycan xalqı öz birliyini əldən buraxmır. Məhz bizi də qələbəyə aparan bu birliyimiz oldu. Bununla sadəcə öz gücümüz göstərmədik, həm də bütün dünyaya hər zaman sülh istəməyimiz gücsüzlüyümüzdən deyil, daxilimizdə xiflət hissinin olmamasından irəli gəldiyini bildirdik.


–  Sovetski yaradıcılığınızda böyük yer tutur və onu əsərlərinizdə müxtəlif formalarda əks etdirirsiniz. Nə üçün bu istiqaməti seçmisiniz?
–  Buna səbəb görə bilərəm ki, mən Bakıda böyüyüb, boya-başa çatmışam və bu gün əsərlərimdə köhnə Bakını əks etdirməyim sadəcə keçmiş xatirələrimə toxunmaq kimi gəlir. Ona görə hər dəfə yeni əsərimdə köhnə Bakıya yönəlik nəsə əks etdirəndə ona xatirələrimdən bir toxunuş buraxıram. Bakı yeni görünüşüylə möhtəşəm şəhərdi, amma mənim xatirələrimdə köhnə Bakı əvəz edilməzdir.

 

–  Bildiyimiz kimi, Qarabağda dağıdılmış şəhərlərimiz var. Misal üçün, Ağdamı Qarabağın “Hirosima”sı adlandırırlar. Bəs siz bunları yaşatmaq üçün hansı sənət layihəsi təklif edərdiniz?

–  Bu suala tam dəqiq cavab verə bilmərəm. Çünki bu elə bir şeydir ki, sadə yanaşma etmək olmaz. Tariximizin qanlı və terrora məruz qalmış səhvələrini əsərlərimdə əks etdirmək istəyirəm, amma ilk olaraq bunun üzərində yaxşı işləmək lazımdır. Soruşsanız ki, gələcəkdə bununla bağlı hansısa iş görmək istəyirsiniz, əlbəttə istəyirəm. Amma ilk öncə öz gözlərimlə Ağdamı görüm və gördüklərimi əsərlərimdə ifadə edim. 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.