Bakı 9˚C Sunny

“Qarabağın bütün ərazisi könüllü və ya məcburi yolla Azərbaycanın nəzarətinə keçəcək” - Sabiq XİN rəhbəri

Siyasət 19:23 01 apr, 2022

İndiki vəziyyətdə Azərbaycan ordusu məhz etməli olduğunu edir

“Qarabağın bütün ərazisi könüllü və ya məcburi yolla Azərbaycanın nəzarətinə keçəcək” - Sabiq XİN rəhbəri

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Global Media Group”un media-direktoru, jurnalist Həmid Həmidova eksklüziv müsahibə verib.

Qazet.az xəbər verir ki, müsahibə zamanı E.Məmmədyarov Xocalının Fərrux məntəqəsinə nəzarətin Azərbaycana qayıtmasının diplomatik nöqteyi-nəzərdən hansı əhəmiyyətə malik olduğunu açıqlayıb.

“Bu alternativi olmayan həll, hadisələrin Qarabağın bütün ərazilərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyi alternativsiz inkişafıdır. Bunun könüllü şəkildə olması arzuediləndir, ancaq hazırkı vəziyyətdə bu proses könüllü və ya məcburi şəkildə olacaq. İndiki vəziyyətdə Azərbaycan ordusu məhz etməli olduğunu edir”, - deyə sabiq XİN rəhbəri bildirib.