Bakı 3˚C Mostly cloudy

"Qarabağ"ın futbolçusu: "Çempionluq yolumuz çox ağır oldu"

İdman 02:12 22 may, 2022

21 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün komandalar özlərinə görə mübarizə apardılar

"Qarabağ"ın futbolçusu: "Çempionluq yolumuz çox ağır oldu"

"Budəfəki çempionluq yolumuz çox ağır oldu, əziyyət çəkdik. Bütün oyunlara ciddi hazırlaşdıq və nəticədə vaxtında əvvəl çempionluğu təmin etdik".

Qazet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov Premyer Liqada medalçıların mükafatlandırılması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

21 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün komandalar özlərinə görə mübarizə apardılar: "Sadəcə, baş məşqçimizin bizə aşıladığı xarakter həlledici oldu. Bilirsiniz ki, Qurban Qurbanov biz dyüşçü deyir. Həm məşqdə, həm də oyunda istəkli oluruq. Baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Bu da sonda böyükhesablı qələbələrə gətirib çıxarır".

Gənc oyunçu hər zaman meydana yeni tarix yazmaq üçün çıxdıqlarını söyləyib: "Əlimizdən gələni edəcəyik ki, yeni uğurlar qazanaq. Hətta Çempionlar Liqasında qrupdan çıxmağa çalışacağıq".