"Qarabağ"ın rəqibi argentinalı hücumçunu göndərir
Futbol13:1617 yanvar, 2022

Argentina təmsilçisi Benedettonun keçidi üçün artıq "Marsel"lə razılığa gəlib

"Qarabağ"ın rəqibi argentinalı hücumçunu göndərir
Bizi-da oxuyun

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i futbolçusu Dario Benedetto ilə yollarını ayıracaq.

Qazet.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" klubuna qayıdacaq.

Argentina təmsilçisi Benedettonun keçidi üçün artıq "Marsel"lə razılığa gəlib.

Dario Benedetto 2021-ci ildə icarə əsasında İspaniyanın "Elçe" klubunda çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Fikriniz