Bakı 15˚C Mostly sunny

"Qarabağ"la oyun öncəsi "Kayrat" klubunun 5 əsas problemi açıqlanıb

İdman 00:12 04 noy, 2021

Yerli mətbuat iddia edir ki, bu problemlərin fonunda "Qarabağ"ı məğlub etmək çox çətin olacaq.

"Qarabağ"la oyun öncəsi "Kayrat" klubunun 5 əsas problemi açıqlanıb

Qazaxıstan mətbuatı "Kayrat" klubunun evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup oyunundan əvvəl meydan sahiblərinin əsas problemlərini açıqlayıb.

Qazet.az xəbər verir ki, "sports.kz" saytı Almatı təmsilçisinin 5 əsas çatışmazlığını qabardıb.

Bunlar az nəticə verən hücumlar, son paslardakı problem, ötürmələrdəki səhvlər, uduzulan ikili mübarizələr və rəqiblərin sürətli keçidlərinə mane ola bilməməkdir.

Yerli mətbuat iddia edir ki, bu problemlərin fonunda "Qarabağ"ı məğlub etmək çox çətin olacaq.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.