Bakı 14˚C Sunny

Qaret Beylin yeni klubu bəlli olub

İdman 23:33 25 iyn, 2022

Təcrübəli forvardla 1 illik müqavilə imzalanıb

Qaret Beylin yeni klubu bəlli olub

Uels millisinin futbolçusu Qaret Beylin yeni klubu bəlli olub.

Qazet.az xəbər verir ki, 33 yaşlı hücumçu ABŞ-ın "Los-Anceles" komandasına keçib. Məlumatı MLS təmsilçisinin rəsmi saytı yayıb.

Təcrübəli forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qaret Beylin son klubu İspaniya "Real Madrid"i olub.