Bakı 15˚C Mostly sunny

Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO

Hadisə 11:19 22 okt, 2021

Şəki rayonu sakinləri Ramil Şərifov və Çingiz Cəmilov olduqları müəyyən edilib

Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb - <span style="color:red">FOTO</span>

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, araşdırma zamanı onların Şəki rayonu Cumakənd kənd sakinləri Ramil Şərifov və Çingiz Cəmilov olduqları müəyyən edilib.

Həmin şəxslərdən ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl heyvanları götürülüb.

R.Şərifov və Ç.Cəmilov barəsində Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.