Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan tərəfindən işğal edilən Qazaxın kəndləri haqqında açıqlama verib. Qurum rəsmisi qeyd edib ki, Qazaxın yeddi kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq:
X.Xələfov qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.
Qazet.az xəbər verir ki, Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a mövzu ilə bağlı açıqlaması zamanı bildirib ki, Qazaxın yeddi kəndi və Kərki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsas şərtlərindən biri kimi delimitasiya prosesi kontekstində həllini tapacaq:
“Bu, Azərbaycanın rəsmi mövqeyidir. Məlum məsələ 10 noyabrda imzalanmış razılaşmanın ilkin versiyasının ikinci bəndində öz yerini alıb. Daha sonra Azərbaycan və Ermənistan tərəfi yekun sülh sazişi çərçivəsində həll etməyə üstünlük verdilər. Burada da əsas məsələ mərhələli şəkildə problemlərin öz həllini tapması, bu kontekstdə də münaqişə tərəflərinin, o cümlədən işğalçı Ermənistanın davranışları üçün test müddətinin verilməsi ilə bağlı idi. Zaman da göstərdi ki, Ermənistan müəyyən dərəcədə normal şəkildə verilən müddətdən istifadə edib. Lakin yekun sülh müqaviləsi imzalanması ilə bağlı Ermənistanda müəyyən tərəddüdlər, daxili gərginliklər var”.
Ekspertin sözlərinə görə, keçirilən görüşlər - Brüssel, Mosakva, Soçi görüşləri müəyyən yol qət etməyə imkan verib:
“Nəticədə Azərbaycanla Ermənistanın sülh müqaviləsinə kifayət qədər yaxınlaşdığını demək olar. Həm də onu demək olar ki, rəsmi Bakının təqdim etdiyi 5 maddəlik baza prinsipləri daxilində həmin 8 kəndin də öz həllini tapması kimi faktor dayanır. Bu o deməkdir ki, Azərbaycan tərəfinin sülh müqaviləsində dövlətlərin öz ərazi bütövlüyünü pozmamaqla bağlı prinsiplərinə Ermənistan əməl etməzsə, BMT-nin 51-ci maddəsi ilə Ermənistan tərəfindən işğal olunmuş bölgələrdə hərbi əməliyyatlar keçirə bilər”.
Gizli saxlayırdı... - Cüneyt Arkının qızı Filizə yazdığı məktub üzə çıxdı
Meymunçiçəyinin müalicəsində istifadə olunan dərmanların adı AÇIQLANDI
Raquf Orucovun oğlu məzun oldu - FOTO
Əli Əsədov İordaniya Senatının sədri ilə görüşdü
Avropa İttifaqının bayrağı alqış sədaları altında Ukrayna parlamentində - VİDEO
Rusiya korona ilə bağlı bütün qadağaları ləğv etdi
Naxçıvan-Türkiyə sərhədi niyə bağlandı?
102 yaşlı əkiz bacılar sağlamlığın sirrini açdı
Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR
Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirdi
Fikriniz
- Rəy yazın
- Rəylər
- Gizli saxlayırdı... - Cüneyt Arkının qızı Filizə yazdığı məktub üzə çıxdı
"Beyaz maqazin" proqramında yayımlanan məktuba görə, Arkın həsrət çəkən qızına bu sözlərlə müraciət edib
Maraqlı17:26 01.07.2022 - Meymunçiçəyinin müalicəsində istifadə olunan dərmanların adı AÇIQLANDI
Xəstəliyi ağır keçirənlər stasionar şəraitdə müalicə olunmalıdırlar
Səhiyyə / sağlamlıq17:24 01.07.2022 - Raquf Orucovun oğlu məzun oldu - FOTO
A.Oruclu ADA Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsindən məzun olub
Azərbaycan17:20 01.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Siyasət
Hamısına bax- XİN-dən Saakyanın fikirlərinə REAKSİYA
Həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür
Daxili siyasət15:47 29.06.2022 - Ərdoğanın sözçüsü: “Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu”
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib
Daxili siyasət11:06 27.06.2022
- İran səfirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan ordusunu təbrik edib
Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək
Xarici siyasət17:18 26.06.2022 - Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək
Qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır
Xarici siyasət11:27 26.06.2022