Bakı 15˚C Mostly sunny

Qazaxıstan aviaşirkəti Bakıya yeni reyslər açacaq

Gündəm 19:26 04 iyl, 2022

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günü həyata keçiriləcək

Qazaxıstan aviaşirkəti Bakıya yeni reyslər açacaq

Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Bakıya müntəzəm reyslər yerinə yetirməyi planlaşdırır.

Qazet.az bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, "Qazaq Air" iyulun 7-dən Aktobe-Bakı-Aktobe marşrutu ilə müntəzəm reyslərə başlamağı nəzərdə tutur.

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günü həyata keçiriləcək.