Bakı 14˚C Sunny

Qazaxıstan yığmasının yeni baş məşqçisi Azərbaycan millisi ilə oyundan danışıb

İdman 19:33 07 may, 2022

45 yaşlı rusiyalı mütəxəssis turnirdəki hədəflərindən danışıb

Qazaxıstan yığmasının yeni baş məşqçisi Azərbaycan millisi ilə oyundan danışıb

"İlk qarşılaşmanın evdə olması əladır, amma buna çox da fikir vermirəm".

Qazet.az-ın məlumatına görə, bunu UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi Məhəmməd Adiyev "Match TV"yə müsahibəsində deyib.

45 yaşlı rusiyalı mütəxəssis turnirdəki hədəflərindən danışıb: "Səs-küylü bəyanatların tərəfdarı deyiləm. Amma hər matçda qələbə üçün oynayacağıq. Rəqiblərimiz zəif deyil. Ona görə də əlimizdən gələni etməliyik. Rəqabətədavamlı komanda formalaşdırmalıyam. Hazırda əsas hədəfimiz budur. Biz qalib gəlmək istəyirik".

Qeyd edək ki, Qazaxıstan komandası UEFA Millətlər Liqasındakı ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.