Bakı 27˚C Partly sunny

Qazaxıstanda görkəmli şair Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçiriləcək

Maraqlı 17:43 30 apr, 2022

Bu barədə Beynəlxalq Türk Akademiyasının mətbuat xidməti məlumat yayıb

Qazaxıstanda görkəmli şair Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçiriləcək

Mayın 4-də Qazaxıstanın “ALJİR” (Акмолинский лагерь жён изменников Родины) Muzey-Memorial Kompleksində Azərbaycan xalqının istiqlal mübarizəsində layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü münasibətilə xatirəsi yad olunacaq.
Qazet.az xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunacaq tədbir çərçivəsində tematik sərgi təşkil olunacaq və sənədli film nümayiş etdiriləcək.