Bakı 18˚C Sunny

Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlandı

Gündəm 22:32 15 yan, 2022

Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb

Qazaxıstanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlandı

Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.

Qazet.az bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildiriblər.

Məlumata əsasən, ümumilikdə 4 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 353 nəfəri yaralanıb. Yaralananlardan 3 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.(trend)