“Qazprom”un Avropadakı anbarlarındakı qaz ehtiyatı kritik həddədir
Dünya13:4812 noyabr, 2021

Şirkətin Avpodakı anbarlarının doldurulma səviyyəsi Avropa İttifaqı üzrə orta göstəricidən 3 dəfə azdır

“Qazprom”un Avropadakı anbarlarındakı qaz ehtiyatı kritik həddədir
Bizi-da oxuyun

Rusiyanın “Qazprom” şirkətinin Avropadakı ən iri yeraltı qaz anbarları (YQA) boşalmağa başlayıb.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda YQA-lardakı ehtiyatlar kritik dərəcədə aşağı səviyyədədir. Belə ki, Almaniyadakı “Rehden” və “Jemgum” anbarlarının ehtiyatı 9,58 % və 87,4 %, Avstriyadakı “Haidach”da – 54,2 % həddindədi. Niderlandakı “Bergermeer” YQA-nın doldurulma səviyyəsi 30,71 %-dir.

Qeyd edilir ki, şirkətin Avpodakı anbarlarının doldurulma səviyyəsi Avropa İttifaqı üzrə orta göstəricidən 3 dəfə azdır. Həmin geriləmənin 2021-ci ildə aradan qaldırılması mümkün görülmür. Bunun üçün anbarlara ən azı 5 milyard kubmetr qaz vurulmalıdır.

Xatırladaq ki, “Qazprom” 9 noyabrdan Avropadakı YQA-ları doldurmağa başlayıb. Daha əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə ərazisindəki anbarları doldurduqdan sonra Avropadakı YQA-larda qazın səviyyəsini artırmağı tapşırdı. Bu gün Avropada təbii qazın fyuçers qiymətləri “Yamal-Avropa” qaz kəməri ilə nəqlin 40 % azalması fonunda 5 % artaraq min kubmetr üçün 925 ABŞ dolları olub.

Fikriniz